Serj Sarkisyanın qızı işdən çıxarıldı

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın kiçik qızı Satenik Sarkisyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib.

O, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın kiçik qızı Satenik Sarkisyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib.

O, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.

Bildirilib ki, S.Sarkisyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarkisyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, Serj Sarkisyanın Anuş və Satenik Sarkisyan adlı iki qızı var.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31