Zelenskinin hərbi doktrinası təqdim edildi

Zelenskinin hərbi doktrinası təqdim edildi

Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin müşaviri İvan Aparşin yeni liderin hərbi doktrinasıyla bağlı sənədi jurnalistlərə təqdim edib.

Axar.az xəbər verir ki, sənəddə yeni hökumətin Silahlı Qüvvələr üçün NATO standartlarına uyğun birləşmiş rəhbərlik yaradılacağı vurğulanıb. Doktrinada həmçinin ordunun Baş Qərargah rəisi vəzifəsininin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən ayrılacağı bildirilib.

Maliyyənin bölüşdürülməsinə gəlincə isə burada da NATO standartı tətbiq ediləcəyi qeyd edilib. Belə ki, orduya ayrılan vəsaitin 50%-nin ordunun saxlanmasına, 30%-nin silahlanmaya, 20%-nin isə hazırlığa yönəldiləcəyi vurğulanıb.

Bundan başqa, "Ukroboronprom" konserninin ölkənin hərbi-texniki siyasətindən kənarlaşdırılması və bu işin icrasının yeni quruma tapşırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31