Ali Rada Ukrayna dilini yeganə dövlət dili kimi qəbul edib
Ali Radanın deputatları 25 aprel tarixində “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında ” yeni qanun qəbul ediblər.
25 Aprel 2019 13:51 DünyaAli Radanın deputatları 25 aprel tarixində "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında " yeni qanun qəbul ediblər.
Olaylar.az bildirir ki, qərar 278 deputat tərəfindən dəstəklənib.
Qanunun icrasına "dil müfəttişləri" nəzarət edəcəklər. Onlar hər hansı bir dövlət qurumunda görüşlərdə iştirak edə, ictimai təşkilatların və siyasi partiyaların sənədlərini tələb edə, həmçinin cərimə təyin edə bilmək hüququna malik olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31