Çini Maduro hökumətini maliyyələşdirir - İddia

Çini Maduro hökumətini maliyyələşdirir

Çin Venesuela prezidenti Nikolas Maduro hökumətini maliyyələşdirir.

Olaylar.az bildirir ki, bu baradə ABŞ Dövlət Departamenti iddia edir.

Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus  "Twitter" səhifəsində fikirlərini belə ifadə edib.

"Çinin sözdə qarışmama fəaliyyəti Venesuela hakimiyyətini təxminən 60 milyard dollar məbləğində zənginləşdirib".

Xatırladaq ki, Venesuelada müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Lakin Rusiya, Çin və bir sıra başqa ölkələr dövlət başçısı Maduroya dəstək veriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31