Həbsdə olan "Nissan" rəhbəri ev dustaqlığına buraxılır
Tokionun əyalət məhkəməsi hazırda həbsdə olan “Nissan”, “Mitsubishi” və “Renault” avtokonsernlərinin keçmiş rəhbəri Karlos Qonun girov müqabilində azadlığa buraxılmasına qərar verib.
25 Aprel 2019 13:00 DünyaTokionun əyalət məhkəməsi hazırda həbsdə olan "Nissan", "Mitsubishi" və "Renault" avtokonsernlərinin keçmiş rəhbəri Karlos Qonun girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Olaylar.az bildirir ki, Qon bu gün ərzində 4,5 mln. ABŞ dolları müqabilində ev dustaqlığına buraxılacaq.
Xtırladaq ki, Karlos Qon Yaponiya maliyyə qanunvericiliyinin pozulmasında, konkret olaraq vergidən yayınmaq üçün şəxsi premiyalarını bilərəkdən aşağı göstərməkdə şübhəli bilinərək həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31