Şri-Lankada növbəti dəfə partlayış baş verib
Şri-Lankanın Pugoda şəhərində partlayış baş verib.
25 Aprel 2019 11:51 DünyaŞri-Lankanın Pugoda şəhərində partlayış baş verib.
Olaylar.az bildirir ki, bu barədə "Newsfirst" portalı məlumat yayıb.
Partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Şri-Lankada aprelin 21-də silsilə partlayışlar törədilib. Terror aktı nəticəsində 395 nəfər həlak olub, 500 nəfər yaralanıb.
Paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31