Kim Çen Rusiyaya niyə qara şlyapa ilə gəldi? - Boyarski

Kim Çenin baş geyimi kimi şlyapanı seçməsi Şimali Koreya liderinin Rusiyaya qarşı romantik əhval-ruhiyyədə olmasını söyləməyə əsas verir.

Kim Çenin baş geyimi kimi şlyapanı seçməsi Şimali Koreya liderinin Rusiyaya qarşı romantik əhval-ruhiyyədə olmasını söyləməyə əsas verir. Bu jestdə böyük cazibə var.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xalq artisti Mixail Boyarski deyib.

"Mənə elə gəlir ki, o, bizim ölkəmizə qarşı romantik əhval-ruhiyyədədir. Çünki məhz şlyapada gəlmək daha incə salamlaşmaq imkanı yaradır. Salamlaşma işarəsi olaraq şlyapanı qaldırmaq - burda böyük bir cazibə var", - Boyarski bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn bu gün qatarla Rusiyaya gəlib. Kim Çenin səfər zamanı geyindiyi geyimlər Rusiya ictimaiyyəti arasında maraqla qarşılanıb. Şimali Koreya lideri Rusiyaya səfər üçün yalnız qara rəngli geyimləri seçib: uzun palto, kostyum, şlyapa və ayaqqabı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31