Nazarbayev göz yaşlarını saxlaya bilmədi - Video
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının qurultayı zamanı kövrək anlar yaşayıb.
23 Aprel 2019 16:13 DünyaQazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının qurultayı zamanı kövrək anlar yaşayıb.
Axar.az xəbər verir ki, Nazarbayev son çıxışında və partiyanın Qasım Jomart Tokayevin ölkə prezidentliyinə namizədliyi ilə bağlı keçirilən səsvermədə doluxsunub. "Elim menin, ansağan" mahnısını oxuyan zaman Nazarbayev göz yaşlarını saxlaya bilməyib. Bundan sonra zaldakılar Nazarbayevin əlini sıxaraq, qucaqlayaraq ona dəstək veriblər.
"Gəlin, Tokayevi seçək və onu dəstəkləyək", - Nazarbayev qurultay iştirakçılarına səslənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31