Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün necə olacağını açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı videoda Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra regionun gələcək mənzərəsini təqdim edib. Paşinyanın bildirdiyinə görə, sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında delimitasiya və demarkasiyası Ermənistanın 29 743 kvadrat kilometrlik ərazisi çərçivəsində aparılmalıdır. Paşinyan anklav və eksklavların olmamalı olduğunu, hər iki ölkənin dəqiq müəyyən edilmiş ölçülərdə ərazi mübadiləsi həyata keçirməsinin vacibliyini qeyd edib. Bütün yol və nəqliyyat əlaqələri, o cümlədən TRIPP (Sülh Kəsişməsi) çərçivəsində və digər formatlarda açılmalıdır. Hər iki tərəf bir-birinə heç bir tələb (Qarabağ, Qardman-Şirvan-Naxçıvan və ya "Qərbi Azərbaycan" məntiqi daxil olmaqla) irəli sürməməli və bütün məsələlərdə bir-birini rahat buraxmalıdır.

Paşinyan əlavə edib ki, Türkmənistanda Azərbaycan Prezidenti ilə keçirilən görüşdən sonra sülhü bu formaya salmaq imkanının yarandığına dair ilkin təəssürat formalaşıb və yaxın gələcəkdə bu imkanı reallığa çevirmək üçün çalışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31