Çin indidən ABŞ-a etiraz etdi – İrana dəstək
Çin hökuməti ABŞ-ın İran neft idxalatçılarına qarşı təzyiqlərinə qarşı çıxır.
22 Aprel 2019 16:23 DünyaÇin hökuməti ABŞ-ın İran neft idxalatçılarına qarşı təzyiqlərinə qarşı çıxır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.
"Biz ABŞ-ın birtərəfli addımlarına qarşıyıq. Çin hökuməti milli müəssisələrin qanuni haqlarının müdafiəsi məqsədilə aktiv konstruktiv fəaliyyət aparmaq niyyətindədir. Pekin Tehranla ticari və iqtisadi əlaqələri dəstəkləyir", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə "Vaşinqton Post" qəzeti ABŞ-ın bu gün İran neftini idxal edən ölkələrə qarşı tətbiq etdiyi güzəştləri ləğv edəcəyi barədə məlumat yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31