Suriyadakı rus ordusu Gəncədəki keçmiş komandirə tapşırıldı
Rusiyanın Suriyadakı qoşunlarının idarəçiliyi Rusiya Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukova tapşırılıb.
12 Aprel 2019 16:58 DünyaRusiyanın Suriyadakı qoşunlarının idarəçiliyi Rusiya Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukova tapşırılıb.
Bu məlumatı "Kommersant" qəzeti yayıb. Serdyukov bu vəzifədə Rusiya Hərbi Kosmik Qüvvələrinin komandanı general Sergey Surovikini əvəz edib.
Serdyukovun bu vəzifədə qarşısına qoyulan əsas tapşırığın İdlibdəki deeskalasiya zonasında birgə patrul həyata keçirmək üçün Türkiyə və Rusiya hərbçilərinin koordinasiyasını təşkil etmək olduğu vurğulanıb.
Qeyd edək ki, Andrey Serdyukov hərbi fəaliyyətinə Gəncədə başlayıb. Belə ki, o, 1983-cü ildə Ryazan Ali Hava Desant Komanda Məktəbini bitirdikdən sonra Gəncədəki 104-cü Qvardiya Hava Desant Diviziyasına göndərilib. Serdyukov 1990-cı ilə qədər burada fəaliyyət göstərib. Serdyukov həmçinin Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisi kimi də çalışıb.
axar