Nişanlı qız tavandan asılı tapıldı
12 Aprel 2019 15:54 Dünya18 yaşlı qız 2,5 ay əvvəl nişanlanıb
Türkiyənin Aydın şəhərinin Yenipazar ərazisində 2,5 ay öncə nişanlanan və evlilik hazırlığı edən 18 yaşlı Şerife İ . axurda özünü iplə tavana asaraq öldürüb.
Yenipazarda ailəsi ilə yaşayan Şerife İ., bu səhər evdən çıxıb və qayıtmayıb. Qızlarının olmamasının fərqinə varan ailə əvvəlcə evdə, sonra ətrafda axtarış edib. Axura girdiklərində isə Şerife İ.-ni tavana asılı halda görüblər.
Hadisə yerinə gələn təcili yardım Şerife İ.-nin həyatını itirdiyini təsdiq edib.Gənc qızın cəsədini araşdırmaq üçün İzmir ədliyyə tibb qurumunun morquna aparılıb.
Polis qızın intihar səbəbini araşdırır.
AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31