Ukrayna “Cadugər”i itirdi

Ukraynanın Donbas bölgəsində “Cadugər” ləqəbli Ukrayna pulemyotçusu Yan Çervonaya minaya düşməsi nəticəsində ölüb. Bu haqda ölkə prezidenti Pyotr Poroşenkonun feysbuk səhifəsində bildirib. Ukrayna prezidenti qadın pulemyotçunun həlak olmasıyla əlaqədar başsağlığını ifadə edib. “Cəbhədən ağır xəbər. Buna inanmaq çətindir”, - dövlət başçısı yazıb.

Ukraynanın Donbas bölgəsində "Cadugər" ləqəbli Ukrayna pulemyotçusu Yan Çervonaya minaya düşməsi nəticəsində ölüb. Bu haqda ölkə prezidenti Pyotr Poroşenkonun feysbuk səhifəsində bildirib.

Ukrayna prezidenti qadın pulemyotçunun həlak olmasıyla əlaqədar başsağlığını ifadə edib.

"Cəbhədən ağır xəbər. Buna inanmaq çətindir", - dövlət başçısı yazıb.

Qeyd edək ki, Çervonaya "Donbas-Ukrayna" batalyonunda xidmət edirdi. Batalyon ordunun əsasında formalaşdırılmış könüllü bölmə hesab edilir.

"Cadugər" evdə əri və iki uşağını qoyaraq 2016-cı ilin sentyabrından Donbasda vuruşurdu. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31