“Gazelle” smartfonların utilizasiyası üçün terminalları işə salıb

ABŞ-ın "Gazelle" şirkəti Böyük Britaniyada ilk avtomatlarını quraşdırıb.

Olaylar.az bildirir ki, bu barədə "psm7.com" saytında məlumat yayılıb.

Məlumata görə, Böyük Britaniya sakinləri artıq 18 terminaldan istifadə edə bilərlər. Bu avtomatlar London və Midlendsin supermarket və ticarət mərkəzlərində quraşdırılıb. "Gazelle" gələcəkdə işlənmiş mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsinin sayını xeyli artırmağı planlaşdırır.

Terminal telefonun qiymətini cihazın modelindən, yaddaş tutumundan və ikinci bazarda qiymətindən asılı olaraq müəyyənləşdirir.

Qurğunun sahibi qiymətlə razılaşdığı halda "Gazelle"nin terminalı 2 ödəniş variantı, "PayPal" və ya bank köçürməsi vasitəsi təklif edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31