İranda şiddətli yağışların yol açdığı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 46-ya yüksəlib.
Olaylar.az bildirir ki, bu barədə İran Səhiyyə naziri Səid Nemeki məlumat verib.
Nazir, rəsmilərin sel xəbərdarlığı etdiyi ərazilərdə əhalini təhlükəsizlik tədbirləri görməyə çağırıb.