Hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

Ölənlərin meyitləri yerə çırpılan təyyarədən çıxarılıb.

Əlcəzairin şimal-qərbindəki Tiaret əyalətində Rusiya istehsalı olan "SU-24" tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.

Hadisə ötən axşam məskənsiz ərazidə baş verib.

Yerli mülki müdafiə qurumları tərəfindən ölənlərin meyitləri yerə çırpılan təyyarədən çıxarılıb.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31