Erməni qanuni oğru və Yarıvəhşi həbs edildi - Video

Ukrayna polisi Kiyevin restoranlarından birində əməliyyat keçirərək, erməni qanuni oğru və rusiyalı kriminal avtoriteti həbs edib.

Bu məlumatı öz Feysbuk səhifəsində Ukrayna polis rəhbərinin müavini Vyaçeslav Abroskin paylaşıb. O, ələ keçirilən erməni qanuni oğrunun Nodari Usoyan (Nodar Rustavski), rusiyalı kriminal avtoritetin isə "Yarıvəhşi" ləqəbli Andrey İmanəli olduğunu bildirib.

Abroskin bu şəxslərin Ukraynadan deportasiyasının hazırlandığını deyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31