Trampın vəkili həbsxanaya göndəriləcək, amma... – Son durum
21 Fevral 2019 13:35 DünyaABŞ Prezidenti Donald Trampın 3 il müddətinə həbs cəzası alan keçmiş vəkili Mixail Koenin həbsxanaya göndərilməsi 2 ay təxirə salınır.
Koenin vəkilləri müdafiə etdikləri şəxsin son dövrlər keçirdiyi çiyin əməliyyatı və Konqresin müxtəlif komitələrinə verəcəyi ifadələri əsas gətiriblər.
Nyu-York bölgə məhkəməsi vəkillərin vəsatətini qəbul edib.
Prezidentin keçmiş vəkili mayın 6-da həbsxanaya göndəriləcək.
Qeyd edək ki, həbsxanaya martın 6-da köçürülməli olan Mixail Koen prezident Trampla əlaqələri iddia edilən 2 qadının susması üçün qanunsuz pul təklif etmək, prezident seçkiləri zamanı maliyyə tələblərini pozmaq, bank dələduzluğu və Moskvada əmlak layihəsinin baş tutması üçün Trampa vasitəçilik etməkdə ittiham olunur.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31