Braziliyada uçqunda ölənlərin sayı 171-ə çatdı – 8 nəfər həbs edildi/ Video

Braziliyanın Minas-Jerays ştatında torpaq bəndin uçması nəticəsində ölənlərin sayı 171 nəfərə çatıb.

Bu barədə ölkənin "Telesur" telekanalı Mülki müdafiə qüvvələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, insident "Vale" kompaniyasının ərazisində baş verib. Axtarış-xilasetmə işləri davam etdirilir. Daha öncə 169 nəfərin öldüyü bildirilirdi.

Braziliya polisi kompaniyanın 8 əməkdaşını istintaq çərçivəsində həbs edib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31