Azərbaycanlı Türkiyədə saxta pulla yaxalandı

Türkiyənin Karabük vilayətində saxta pulla alış-veriş edən azərbaycanlı saxlanılıb.

Azvision.az xəbər verir ki, mağaza sahibi ona verilən pullardan şübhələndiyi üçün polisə məlumat verib.

Keçirilən əməliyyat zamanı saxlanılan şəxsin üzərindən 9 ədəd 200, 22 ədəd 100 və 22 ədəd 50 saxta türk lirəsi aşkar edilib. Faktla əlaqədar azərbaycanılı barəsində cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31