13 yaşlı şagirdi ilə intim münasibətdə olan qadın müəllim
15 Fevral 2019 16:23 Dünya13 yaşlı şagirdini yoldan çıxardaraq onunla cinsi əlaqədə olan qadın müəllim həbsə girməmək üçün polislərə yalvarıb.
Həbsxanaya girməkdən qorxduğunu söyləyən qadın polislərə "Mən balacayam. Orada məni məhv edəcəklər" deyib.
Brittany Zamora adlı 28 yaşlı qadın 13 yaşlı şagirdi ilə sinif otağında cinsi əlaqədə olduğuna görə tutulub. O, intim münasibətdən əvvəl şagirdinə çılpaq şəkillərini göndərib.
ABŞ-ın Arizona ştatındakı "Las Brisas Academy Elementary School"da müəllim işləyən qadının əri onun şagirdlə münasibətini bağışlayıb və ona dəstək olub.
13 yaşlı uşağın valideynləri qadından 2,5 milyon dollar təzminat tələb edirlər.
Brittany Zamora-nın məhkəməsi may ayına ertələnib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31