Gürcüstan Prezidenti və Almaniya kansleri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
15 Fevral 2019 15:57 DünyaGürcüstan Prezidenti Salome Zurabişvili fevralın 20-21-də Almaniyaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində dövlət başçısı Almaniya kansleriAngela Mekellə görüşəcək.
Görüşdə Gürcüstan və Almaniya arasında ikitərəfli əməkdaşlıq, Cənubi Qafqaz bölgəsindəki vəziyyət və Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunacaq.
S.Zurabişvili Almaniyadan öncə fevralın 17-19-da Fransaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Fransa Prezidenti Emanuel Makronla danışıqlar aparacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31