Qorbaçov: ABŞ-la danışıb, ordunu bu ölkədən çıxartdıq

Həm SSRİ-nin hərbi rəhbərliyi, həm də Baş Qərargah ordunun Əfqanıstandan çıxmasını dəstəkləyirdi.

Bunu SSRİ-nin son prezidenti Mixail Qorbaçov deyib.

"Əvvəldən hər kəs deyirdi ki, əfqan probleminin hərbi həlli yoxdur. SSRİ Nazirlər Şurasının sədri Nikolay Rıjkov, Siyasi Büronun üzvləri Yeqor Liqaçev,Vitali Vorotnikov, Viktor Çebrikov və digərləri ordunun Əfqanıstanda mövcudluğunun SSRİ-yə maddi və mənəvi zərər vurduğunu deyirdilər. Hərbi rəhbərlik, Baş Qərargah ordunun çəkilməsi xəttini tam dəstəkləyirdi. ABŞ, İran, Pakistan və digər dövlətlərlə apardığımız danışıqlar sayəsində ordunu minimum itkilərlə Əfqanıstandan çıxartdıq", - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31