Saratovda baş vermiş yol qəzasında 3 azərbaycanlı xəsarət aldı

Rusiyanın Saratov vilayətində baş vermiş avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanların 3-ü də Azərbaycan vətəndaşıdır.

Qeyd olunur ki, sürücü "Mercedes Benz Sprinter" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarına çıxıb.

Qəzadan sonra bir 38 yaşlı kişi, 51 və 61 yaşlı isə iki qadın xəstəxanaya yerləşdirilib.

virtual.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31