İvanka Tramp “Rusiya işi”nə görə dindirilə bilər

ABŞ prezidenti Donald Trampın qızı və Ağ Evdə birinci köməkçisi İvanka Tramp demokratların təklifi əsasında "Rusiya işi" ilə bağlı ifadə verməyə çağırıla bilər.

Bu barədə "Axios" nəşri Konqressin "Demokratlar" partiyasından olan üzvünə istinadən yazıb. Mənbənin adı açıqlanmır. 

"Hazırda demokratlar İvanka Trampa qarşı hər hansı qərar qəbul etməyiblər", - deyə konqressmen bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasında demokratların əksəriyyəti Donald Tramın Rusiya ilə mümkün əlaqələrinin araşdırılmasını genişləndirməyi təklif ediblər.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31