Araşukov iki cinayətə görə 1,5 milyon ödəyib
14 Fevral 2019 18:20 DünyaQaraçay-Çərkəz Respublikasının həbsdə olan keçmiş senatoru Rauf Araşukov ölkənin iki siyasi fiquru Aslan Jukovla Fralya Şebzuhovun qətlinə görə qatillərə ümumilikdə 1.5 milyon rubl ödəyib.
Bu barədə "TASS" agentliyinə Rusiya İstintaq Xidmətindən olan mənbə bildirib.
"Sorğu zamanı cinayətdə şübhəli bilinən Rüstəm Kopsergenov Araşukovun Şebzuhovu öldürməyi üçün ona 500 min rubl verdiyini etiraf edib. Digər şübhəli Rəsul Aciyev isə Jukovun qətlinə görə ona 1 milyon rubl ödənildiyini söyləyib", - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Rauf Araşukovla birlikdə atası, Qafqazın "qaz kralı" Raul Araşukov yanvarın 30-da saxlanılıb. Senator adam öldürtməklə yanaşı, 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda da ittiham olunur. Hər ikisi haqqında 2 aylıq həbs qətiimkan tədbiri seçilib.
qafqazinfo