Putin başsağlığı verdi, Ruhani anlamadı
14 Fevral 2019 17:18 Dünya"RİA Novosti" xəbər verir ki, Suriyadakı vəziyyətin müzakirə olunduğu görüşdə Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında tərcümə sistemində yaranmış problemə görə anlaşılmazlıq olub.
Belə ki, Putin iranlı həmkarına 41 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinə görə başsağlığı verib. Lakin qarşı tərəf üz ifadəsi və əl hərəkətləri ilə heç nəyi başa düşmədiyini göstərib.
Putin isə "Tərcümə yoxdur?" deyə soruşub. Fasilə təxminən iki dəqiqə davam edib. Daha sonra İran tərəfi bu problemi həll edib.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31