Minskdən Paşinyana cavab: Bura otel otağı deyil
14 Fevral 2019 17:12 DünyaBaş katibin yoxluğu zamanı KTMT-də işlər xeyirə doğru getmir.
Bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib.
"KTMT artıq uzun müddətdir baş katibsiz çalışır. Situasiya təşkilatın xeyrinə doğru getmir və qısa zaman ərzində həll tələb edir", - deyə o bildirib.
Qlaz KTMT baş katibi vəzifəsinin hər zaman rezerv edilən mehmanxana nömrəsi olmadığını deyib.
Mətbuat katibi texniki çatışmazlığın KTMT-nin işinə təsir etməməsində bütün üzv dövlərin maraqlı olduğuna Minskin ümid etdiyini bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan öncə Belarusun bir daha Ermənistanla özünün sələflərinin dövründə olduğu kimi davrana bilməyəcəyini söyləyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31