Marukyan: Müxalifətdən gələn Paşinyan özünü itirib

Dünənki müxalifət hakimiyyətə gələn kimi dözümsüz olmağa başladı.

Bunu parlamentdə çıxışı zamanı İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

"Üç gündür biz oturub, hökumətin proqramının müzakirəsinin necə getdiyinə baxırıq. Onun hansı dözülməz atmosferdə keçməsi təəccüblüdür. Müxalif qüvvənin hakimiyyətə gələn kimi belə sürətlə tolerantlığını itirməsi qəribədir. Plenar müzakirədən öncə hakimiyyət parlament fraksiyalarına öz layihəsini təqdim etməyib. Beləliklə, hökumət özünü müxalifəti eşitmək imkanlarından məhrum edib", - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31