Ərdoğan və Ruhani ilə görüşdən sonra Putin döyüşəcək – Peskov açıqladı
14 Fevral 2019 14:59 DünyaRusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Rusiya, İran və Türkiyə başçılarının iştirakı ilə keçirilən üçtərəfli sammitdə iştirak etdikdən sonra cüdoçularla məşq etməyi planlaşdırır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Putinin axşam saatlarında məşqə qatılacağını bildirib:
"Putin gecə cüdo komandası ilə məşqə qatılmaq istəyir. O, məşq edəcək".
Qeyd edək ki, Rusiya, İran və Türkiyə prezidentləri - Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında üçtərəfli görüş dördüncü dəfə keçirilir. Dövlət başçıları Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparırlar.

teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31