Fransa şəhərinin merindən əcaib qərar: “İtlərin hürməsinə görə cərimə tətbiq ediləcək”

Fransanın şimalında yerləşən Fekyer şəhərinin meri aldığı qəribə qərarla hər kəsi təəccübləndirib.Belə ki o, yerli itlərə bərkdən hürməyi qadağan edib.BBC  bildirir ki, bu cür itlərin sahibləri 68 avro cərimə ödəməli olacaq.Mer Jan-Pyer Estyenin sözlərinə görə, bu qadağan olduqca vacibdir.Belə ki, bir sıra köpəklər bütün gün ərzində hürüb yerli sakinlərin baş-beyinlərini xarab edirlər. Bu kiçik şəhərdə isə 1400 adam yaşayır.Jan-Pyer Estyen şəhər şurasının qərarının bir qadın vətəndaşın həyətində saxladığı itlərin səslərindən bezənlərin şikayəti əsasında qəbul etdiyini söyləyib.Öz növbəsində heyvansevər cəmiyyətlər Fekyer şəhər bələdiyyəsini məhkəməyə verərək onların eyni məntiqlə kilsədəki zəngləri də qadağan etməli olduğunu bildiriblər.Lakin məlum olub ki, əslində Fekyer köpəklərin hürməsini qadağan edən ilk şəhər deyil.Bununla bağlı birinci dəfə yenə də Fransanın Sent-Fua-la-Qrand qəsəbəsinin rəhbərliyi də analoji akt qəbul edib. 2012-ci ildə isə ABŞ-da Los Anceles məhkəməsi "hürmək əleyhinə" hökm verib.Amerika məhkəməsinin qərarı ümumiyyətlə heyrətamizdir. Burada itlərə yalnız ilk 10 dəqiqə və hər 3 saatda yarım saat pulsuz hürməyə icazə verilib. Köpəyin ilk "cinayəti"ndə isə sahibi 250, ikincisində 500, üçüncüdə 1000 dollar ödəməlidir. Cəriməni isə şəhər bələdiyyəsinin işçiləri tətbiq edə bilər.Ukraynanın Xerson şəhərində isə 2011-ci ildən bu yana yalnız itlərə deyil, çoxmənzilli binalarda yaşayan bütün ev heyvanlarına komendant saatı gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31