Ukraynada almaniyalı azarkeşlərə hücum oldu

Kiyevdə almaniyalı futbol azarkeşlərinə qarşı hücum olub.

Gecə saatlarında şəhərin mərkəzindəki Xreşatik küçəsində yerləşən kafelərin birində almaniyalı azarkeşlər hücuma məruz qalıblar. Belə ki, Kiyevin "Dinamo" klubunun köynəklərini geyinən 15 nəfər kafeyə girərək almaniyalı azarkeşlərlə əlbəyaxa olublar. Qarşıdurma nəticəsində almaniyalı azarkeşlərdən beş nəfər ciddi xəsarət alıb.

Almaniyalı azarkeşlər fevralın 14-də UEFA Avropa Liqasının pley-off mərhələsində Xarkovda keçiriləcək "Şaxtyor"-"Ayntraxt" oyununu izləmək üçün Ukraynaya gəliblər.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31