Ermənistanın ikinci Kardaşyanı gəlir: bu dəfə deputat...

Ermənistan Milli Məclisinin deputatı Naira Zöhrabyan siyasi fəaliyyətinə son qoyur.

"Çiçəklənən Ermənistan" fraksiyasının üzvü bundan sonra modelliklə məşğul olacaq.

O artıq beynəlxalq təkliflər də alıb. Belə ki, tanınmış bir fransız zərgərlik şirkəti ona məhsullarını tanıtmaq üçün firmanın siması olmağı təklif edib. Hətta şirkətin direktoru Zöhrabyan ilə müqavilənin şərtlərini müzakirə etmək üçün yazda Ermənistana səfər edəcək. "Hraparak" qəzetinin informasiyasına görə, Fransada fəaliyyət göstərən şirkət ermənilərə məxsusdur.

Qeyd edək ki, parlamentari şirkət üçün pulsuz işləməyəcək. Bu iş yaradıcı hesab edilir və qanunvericiliyə görə, deputat bunu yerinə yetirmək üçün mükafat almaq hüququna malikdir.

Xatırladaq ki, bir neçə ay əvvəl Zöhrabyan öz imicində də dəyişiklik edib.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31