Brüsseldə Qara dəniz hövzəsində təhlükəsizlik məsələləri müzakirə olunub
13 Fevral 2019 17:18 DünyaGürcüstanın müdafiə naziri Levan İzoriya Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq və onun müavini Rouz Qettemyuller ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, görüşlərdə Gürcüstanın NATO-ya inteqrasiyası, regional və beynəlxalq əməkdaşlıq, Qara dəniz hövzəsində təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Qara dəniz hövzəsində təhlükəsizliyin təmin olunmasında Gürcüstanın rolu, mart ayında keçiriləcək "NATO-GEO EXERCİSE - 2019" hərbi təlimləri və nəzərdə tutulan yüksək səviyyəli səfərlərlə bağlı fikir mübadiləsi aparılıb.
azertac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31