Pxenyan nüvə obyektlərini MAQATE-nin üzünə açmağa razılaşdı
13 Fevral 2019 17:08 DünyaKoreya Xalq Demokratik Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) inspektorlarını öz nüvə obyektlərinə buraxmağa razılaşıb.
Bu haqda "The Korea Times" nəşrinə istinadən "İnterfaks" agentliyi yazıb.
Cənubi Koreyadan olan mənbə nəşrə bildirib ki, bu haqda ilkin razılıq Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin danışıqlarında əldə olunub. Bundan başqa, Pxenyan yoxlamalara qarışmamağa və inspektorların təhlükəsizliyini təmin etməyə zəmanət verib.
Yoxlamaların müddəti və yerləri haqqında məsələ işçi səviyyədə ABŞ və Koreya Xalq Demokratik Respublikasının sonrakı danışıqlarında həll ediləcək.
Heç bir rəsmi mənbə informasiyanı hələ təsdiq və ya təkzib etməyib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31