Türkiyə, İran və Rusiya liderləri görüşəcək – Soçidə

Türkiyə, İran və Rusiya liderləri Suriya məsələsi ilə bağlı 4-cü dəfə görüşəcəklər. 

Soçidə keçiriləcək görüşdə İdlibdəki vəziyyət və ABŞ ordusunun Suriyadan geri çağırılması məsələsi ətrafında da müzakirələr aparılacağı gözlənilir. Dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulur. 

Xatırladaq ki, Suriya məsələsi ilə bağlı bu tərkibdə son görüş ötən ilin sentyabr ayında Tehranda keçirilmişdi.

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31