İranda terror aktı: Ölən və yaralılar var

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində naməlum şəxslərin polis avtomobilinə silahlı hücumunda 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Polis avtomobili 3 müttəhimi Səravan şəhərinə apararkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Silahlı şəxslərdən 2 nəfəri qarşıdurmada həlak olub. 1 polis isə yaralanıb.

Öldürülən hücumçulardan qalan 2 "Kalaşnikov" avtomatı və silah-sursat müsadirə edilib.

Faktla bağlı araşdırma aparılır.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31