Deputatlara avtomobildən istifadə qadağan edildi

Xorvatiya parlamenti "Dövlət xidməti" haqqında qanuna əlavələri təsdiq edib.

Yeni qanuna əsasən deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək.

Qanun layihəsinin müəllifi, "Demokratik mərkəz" partiyasının deputatı Oqnejki Slovanoviçin sözlərinə görə, məqsəd deputatların xalq arasında olmasını təmin etmək, insanlardan uzaq düşmələrinin qarşısını almaqdır. 
O.Slovanoviç şəxsi avtomobilindən hələ 2014-cü ildən imtina edərək Ukraynaya humanitar yardım şəklində göndərib. Zaqrebin sakinləri yeni qanun əlavəsini müsbət qəbul edib, parlamentin önündə "Əziz deputatlar, sağ olun" şüarı altında mitinq keçiriblər.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31