Sərkisyan Köçəryanın əleyhinə ifadə verdi – Sensasion gəlişmə

Bir neçə gün əvvəl Xüsusi İstintaq Təcridxanasında dindirilən Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan sələfi Robert Köçəryanın əleyhinə ifadə verib.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Sərkisyan ifadəsində 2008-ci il martın 1-də İrəvanda keçirilmiş aksiyada iştirak edənlərə qarşı odlu silahlardan atəş açmaq əmrinin dönəmin dövlət başçısı Köçəryan tərəfindən verildiyini təsdiq edib.

Sərkisyanın vəkili Aram Makinyan isə KİV-də yayılmış məlumatları təkzib edib.

O, bu məlumatı şayiə və şər adlandırıb. Lakin Makinyan Serj Sərkisyanın Xüsusi İstintaq Təcridxanasında ifadə verdiyini təsdiq edib:

"Təəssüf ki, Sərkisyanın ifadəsini tamamilə açıqlaya bilmirəm. Amma onu deyə bilərəm ki, Serj Sərkisyan Robert Köçəryanın əleyhinə şahidlik etməyib".

Qeyd edək ki, Robet Köçəryan 2008-ci il martın 1-də İrəvanda baş vermiş qanlı hadisələrin təşkil edilməsi ittihamı ilə həbs edilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31