"İŞİD-ə qarşı mübarizə aparmağa məcburuq"

Türkiyə Suriyada ABŞ-ın tərk edəcəyi bölgələrdə terrorla mübarizədə məsuliyyət üzərinə götürməyə hazırdır. Bunu ABŞ Ticarət Palatası üzvləri və Ankarada Türk-Amerikan Şurası üzvləri ilə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Biz bütün terror təşkilatları, o cümlədən ölkəmizi, bölgəni və dünyani təhdid edən İŞİD-ə qarşı mübarizə aparmağa məcburuq", deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq və onu idarə etmək üçün bütün imkanlara sahibdir: "Bizim yalnız müttəfiqlərimizin lojistik dəstəyinə ehtiyacımız var".

Prezident Ərdoğan Suriyadakı təhlükəsizlik zonalarında qaçqın düşərgələri üçün konteyner şəhərciyinin təşkil edilməsini təklif edib.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31