İstanbulda elektrik panelinin partlaması nəticəsində 22 nəfər zəhərlənib

İstanbulda yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib. Hadisə nəticəsində 15 uşaq olmaqla 22 nəfər dumandan zəhərlənib.

Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.

Bina sakinləri təxliyə olunub. Yanğının səbəbinin partlayış olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31