Avropada gərginlik: Fransa İtaliyadakı səfirini geri çağırdı

Fransa özünün İtaliyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb.

"Fransa və İtaliyanı ümumi tarix birləşdirir. Onlar eyni taleyi paylaşırlar. Onlar birgə vahid Avropanı yaradıb, sülh üçün çalışıblar. Fransa-İtaliya dostluğu XXI əsrdə qarşımızda duran hədəflərin həlli üçün vacibdir. Son bir neçə ay ərzində Fransa bir sıra əsassız hücumların, bəyanatların hədəfi olub. Fransa İtaliyanı qarşılıqlı dostluq və hörmət münasibətləri əsasında fəaliyyət göstərməyə çağırır", - deyə nazirliyin bəyanatında bildirilib.

Qeyd edək ki, son günlər İtaliyanın bir sıra siyasətçilərinin antifransa bəyanatları ucbatından iki ölkənin münasibətləri gərginləşib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31