Rusiyanın Afrikadakı dayağı nəhəng yatağı ələ keçirdi
7 Fevral 2019 18:31 DünyaLiviya ordusunun komandanı marşal Xəlifə Haftar ölkənin ən böyük neft yataqlarından biri olan "Əş Şarara"nı ələ keçirib.
Bu məlumatı "Blomberq" agentliyi yayıb. Məlumata görə, Haftar neft yatağını heç bir müqavimətlə qarşılaşmadan ələ keçirib.
Qeyd edək ki, Haftar Liviyanın əsas eksport terminallarına nəzarət edir. Onun ələ keçirdiyi yataq "Total", İspaniyanın "Repsol", Avstriyanın OMV, Norveçin "Equinor" şirkətinin nəzarətində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31