"Ukrayna NATO-ya buraxılmayacaq" - Morozov
7 Fevral 2019 16:53 DünyaUkraynanın NATO-ya üzvlük şansı yoxdur.
Bunu "RİA Novosti"yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Oleq Morozov deyib.
Onun sözlərinə görə, Ukraynanın konstitusiyasında NATO və AB ilə bağlı edilən dəyişikliklər seçkilərdən fayda götürmək üçün təşkil edilib:
"Ukraynanın NATO-ya üzvlük şansı yoxdur. Bu, nə indi, nə də gələcəkdə baş tutacaq. Ukrayna Avropada müharibə anklavıdır, ona sülh gərəkli deyil. NATO-ya üzvlük buradakı müharibəni beynəlmiləlləşdirmək cəhdidir ki, onu da alyansda heç kim istəmir".
Qeyd edək ki, Ukrayna Radası bundan öncə ölkənin NATO və AB-yə inteqrasiyası kursunun konstitusiyada möhkəmləndirilməsini dəstəkləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31