Aral dənizinin quruyan hissəsində şirin su mənbələri tapılıb
7 Fevral 2019 16:45 DünyaAral dənizinin quruyan hissəsində -"Vozrojdeniya" adasında şirin su mənbələri tapılıb.
Şirin su Cənubi Aral dənizi hövzəsində 260-280 metr dərinlikdə aşkar olunub.
Burada işləyən Hidrogeoloji ekspedisiyanın rəhbəri Şavkat Olimov bildirib ki, dərinlikdən saniyədə 7 litr şirin su çıxır. Artıq içməli su Qaraqalpaq vilayətinin Çimbay, Taxtakupir və Karauzak rayonlarına çəkilib.
Məlum olduğu kimi Qaraqalpaqstanda şirin su mənbələri çox azdır və bu, vilayətdəki ağır ekoloji vəziyyəti yaxşılaşdıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31