Kriminallarla əlaqəli şəxs MTX-yə işə götürülüb - "HRAPARAK"
7 Fevral 2019 16:19 DünyaErmənistanın "Hraparak" qəzetinin yazdığına görə, bu ilin yanvarında Milli Təhlükəsizlik Xidmətində görünməmiş hal baş verib. Hüquq-mühafizə orqanlarına xidmət və nəzarət sistemi departamentinin ək-kəşfiyyat şöbəsinə Serob Arutunyan təyin edilib.
"O, Kotayk vilayətinin keçmiş polis rəisi, eləcə də "Nubaraşen" islah əmək müəssisəsinin rəisi olub və 2018-ci ildə vəzifəsindən azad olunub. O cümlədən, Serob Arutunyanın kriminal aləmlə bağlılığı, xüsusilə, "Zap" ləqəbli qanuni oğru - Suro Leninakanski ilə yaxın əlaqələrinin olduğu deyilir", adıçəkilən erməni qəzeti yazır.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31