Xeops piramidasının yanında naməlum sərdabə tapıldı

Oğrular Xeops piramidasının yanında naməlum sərdabə kəşf ediblər. Bu barədə Misirin “Əl-Əhram” qəzeti məlumat yayıb.

Oğrular Xeops piramidasının yanında naməlum sərdabə kəşf ediblər.

Bu barədə Misirin "Əl-Əhram" qəzeti məlumat yayıb.

Cinayətkarlar qeyri-qanuni qazıntı işlərini piramidanın 30 metrliyindəki evin içində gecə saatlarında aparıblar. Polis artıq onları saxlayıb. Qədim Misir işləri üzrə nazirlik isə sərdabənin tədqiqinə başlayıb.

Əldə edilən məlumata görə, "qara arxeoloqlar" evin döşəməsində dəlik açıblar və bu dəliklə uzun dəhlizə çıxıblar. Dəhliz qaya parçasına çapılıb və bir neçə zala ayrılıb. Zalların birində daş kişi heykəlləri aşkar edilib. Eyni zamanda qədim qablar da tapılıb.

Hadisə yerini incələyən alimlər bildiriblər ki, sərdabə fironların 5-ci nəslinə, eramızdan əvvəl  2500-cü illərə aiddir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31