İnquşetiyada qədim sərdabə kəşf edildi — Yadplanetli yoxsa...
7 Fevral 2019 18:54 DünyaRusiyanın cənubunda aparılan arxeoloji qazıntılar zamanı sərdabə tapılıb.
Sərdabədən qəribə kəllə sümüyü olan qadın skeleti aşkar edilib.
Sərdabə İnquşetiyanın Nazran rayonunda tapılıb. Sərdabədə vəhşi və ev heyvanlarının sümükləri, qab-qacaq və bürünc oxlar olub. Qadın skeleti IV-VI əsrə aid edilib və qəribə deformasiyalı kəllə sümüyü və boyun sümüklərinə sahibdir.
Dünyanın bir çox millətlərində kəllə sümüyünün süni deformasiyası adəti olub. Eyni zamanda kosmosdan gələn qonaqların da belə kəllə sümüyü olduğu ehtimal edilir.
Arxeoloji mərkəzin nümayəndəsi qeyd edib ki, tarixdə belə deformasiyalar məqsədli şəkildə həyata keçirilib. Körpə yaşlardan halqalar vasitəsilə kəllə sümüyünü belə hala salırdılar. Bu isə xüsusi statusa sahib insanlarda olurdu.





Ölkə.Az