İŞİD tamamilə məhv edilir: Tramp açıqladı

Gələn həftə İŞİD-in Suriyadan yüz faiz təmizləndiyini açıqlaya bilərik.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp İŞİD Əleyhinə Koalisiyanın Xarici İşlər Nazirləri toplantısında çıxışı zamanı deyib.

Vəzifəyə gəldiyi gündən etibarən İŞİD-ə qarşı verdiyi mübarizədən danışan Tramp atdığı ilk addımlardan birinin Pentaqona gedərək İŞİD-i məhv edəcək bir plan hazırlanmasını istəmək olduğunu söyləyib. Tramp həmçinin bu illər ərzində İŞİD-in internet vasitəsilə təbliğat aparmaq cəhdlərinə də ağır zərbə vurulduğunu qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31