ASO dünyada məşhurlaşan oyunu qadağan etdi
7 Fevral 2019 11:44 DünyaAzad Suriya Ordusu əsgərlərin diqqətini yayındırdığı və aqresiya yaratması səbəbilə bütün dünyada məşhurlaşan PUBG oyununu qadağan edib.
Bununla bağlı ASO komandanlığı xüsusi əmr verib.
"Həyata dair mənfi təsirləri olan PUBG oyunu vaxt itkisi olması və işə köklənməni əngəllədiyi üçün telefonlara yüklənməyəcək", - əmrdə deyilib.
Əmrdə həmçinin telefonunda bu oyunu yükləyən şəxslərə veriləcək cəzalar da müəyyən edilib. Belə ki, oyunu yükləyənlər ilk dəfə cərimələnəcək, ikinci dəfə telefonları müsadirə ediləcək, üçüncü dəfə isə xidmətdən xaric ediləcəklər.
Qeyd edək ki, PUBG oyunu bütün dünyada populyarlıq qazanaraq 100 milyondan artıq telefona yüklənib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31